Aprel ayının 7-də Mingəçevir Dövlət Universitetində Türkiyənin Qazi Universiteti ilə Mingəçevir Dövlət Universiteti arasında “Qarşılıqlı, faydalı əməkdaşlıqda yeni hədəflər” mövzusunda konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, birgə konfransı Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov açaraq Türkiyənin Qazi Univerisitetindən Mingəçevir şəhərinə gəlmiş qonaqları salamlayaraq onları təqdim edib.
Bildirib ki, uzun müddətdir Türkiyənin Qazi Universiteti ilə Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı, faydalı əməkdaşlıq davam edir. Bu əməkdaşlığın nümunəsi olaraq bu gün hörmətli qonaqlarımız Mingəçevirə gəlmiş və bizimlə birlikdə əməkdaşlıq forumu keçirməyi qərara almışdır. Ş.Bayramov qeyd etdi ki, Türkiyənin Qazi Universiteti 1926-cı ildən bəri fəaliyyət göstərir. Universitet dünyanın ən öndə gedən ali məktəbləri sırasındadır. Burada 11 fakültədə tələbə təhsil alır ki, bu da universitetin böyük reytinqindən xəbər verir. Bildirmək istəyirəm ki, universitetin təkcə texnologoya fakültəsində 4500-dən artıq tələbə təhsil alır. Texnologiya fakültəsi reytinqinə görə univerisitetdə fəaliyyət göstərən fakültələr arasında ön sırada gedir.
Sonra Qazi Universitetinin texnologiya fakültəsinin dekanı Süleyman Tekerli, həmin universitetin texnologiya fakültəsi kompyuter mühəndisliyinin rəhbəri O. Ayhan Erdem çıxış edərək universitetləri haqqında təqdimatlarını veriblər.
Kompyuter texnikasının gücü ilə universitetin professor müəllim və tələbələrinə nümayiş olunan slaydlar maraqla qarşılandı. Hər iki qonaq maraqlı təqdimatları ilə diqqəti cəlb ediblər. Qazi Unverisiteti haqqında verilən məlumatlar Mingəçevir Dövlət Universitetinin akt zalına toplaşanların razılığına səbəb olub.
Mingəçevir Dövlət Universitetinin rektoru maraqlı çıxışlarına görə universitet kollektivi adından qonaqlara minnətdarlığını bildirib. Konfransda iştirak edən professor, müəllim və tələbələrin sualları dolğun cavabdaldırılıb.
Həmin gün hörmətli qonaqlar Azərbaycan İstilik Elektrik Stansiyasın MMC-də oldular. Sonra isə Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sonda xatirə şəkilləri çəkilib.